Cinayətdən sonra Kamden Nikolson sakitcə atasının avtomobilini götürərək alış-verişə çıxıb.
KONKRET.az–ın xəbərinə görə, 34 yaşlı Camden Nikolson Kaliforniyada ailəsinə və ev işçisinə vəhşicəsinə hücum etməkdə təqsirli bilinib.
Faciə, atası Camdenin yetkin oğlunun illərdir nəzarətsiz xərcləmələrinin mənbəyi olan kredit kartını bağladıqdan sonra baş verib.
Belə ki, hər şey 32 yaşlı oğlunun dəbdəbəli həyat tərzini maliyyələşdirməkdən yorulan valideynlərin Kredit kartlarına son qoyması ilə başlayıb.
Onlar nəinki ona pul verməyi dayandırdılar, həm də onun narkotiklə müalicə alması üçün təkid etdilər. Buna cavab olaraq Camden ailəsinin yanına gedərək ata və anasını bıçaqlayaraq öldürüb. Ertəsi gün səhər təsadüfən cinayətin şahidi olmuş xadiməni də öldürüb.
Dəniz Pənahova
KONKRET.az
