Erməni əsilli oliqarx Orta Asiyada – Məqsəd və planlar barədə DETALLARbackend

Erməni əsilli oliqarx Orta Asiyada – Məqsəd və planlar barədə DETALLAR

Məlum olduğu kimi, avqustun 16-da ABŞ Maliyyə Nazirliyi Rusiya, Qazaxıstan və Slovakiyada fəaliyyət göstərən 3 şirkəti sanksiya siyahısına daxil edib. Səbəb isə bu şirkətlərin Şimali Koreya və Çinlə sıx ticari əlaqələridir.

KONKRET.az xəbər verir ki, hər üç şirkətin sahibi erməni əsilli Slovakiya vətəndaşı və iş adamı Aşot Mkrtıçevdir.

O, Rusiyada “Verus”, “Defence Ingeneeringi” və Slovakiyada VERSOR şirkətlərini idarə edir. Bu şirkətlər silah və ikili təyinatlı texnologiyaların tədarükü ilə bağlı sanksiya məhdudiyyətləri ilə üzləşib. Aşot Mkrtıçevin rəhbərlik etdiyi şirkətlərdən biri 2018-ci ildə Qazaxıstanda qeydiyyatdan keçib və 2 min kvadratmetrdən çox satış sahəsinə malik olmaqla, ticarət obyektlərində geniş çeşiddə malların topdan satışı ilə məşğuldur.

Açıq mənbələrə görə, Aşot Mkrtıçev yalnız 2020-ci ildə bu şirkətin rəhbəri olub. Şirkət son iki ildə aktiv görünməsə də, silahların və ikili təyinatlı texnologiyaların tədarükünün təşkilində iştirak etdiyi məlumdur. Mkrtıçevin özü 2023-cü ilin martında ABŞ-ın sanksiya siyahısına daxil olub.

Qeyd edək ki, Özbəkistanın üç vətəndaşı Gilad Piflaks, Maks Piflaks və İqor Zimenkov ABŞ-ın sanksiya siyahısına daxil edilib. Bu şəxslərin də əsas tərəfdaşlarından biri Mkrtıçev olduğu müəyyən edilib.

Ümumiyyətlə, son 5 ildə erməni əsilli iş adamları müxəlif yollarla Orta Asiyaya daxil olmağa çalışır. Məqsəd isə yalnız investisiya qoymaqla pul qazanmaq deyil, paralel olaraq türk dövlətlərinə nüfuz etmək, hərbi-siyasi elitanı ələ almaq, lazım gələrsə, Azərbaycan və Türkiyəyə müvafiq təzyiqlər zamanı bu ölkələrin rıçaqlarından istifadə etməkdir. Əlbəttə ki, Orta Asiya Türkiyə və Azərbaycan üçün olduqca əhəmiyyətli və vacib region olduğu üçün erməni və ermənipərəst rus oliqarxlarının fəaliyyəti diqqətdən kənarda qalmır.

Digər mənbələrə görə, Aşot Mkrtıçev Rusiya və Slovakiya silahlarını Qarabağa daşıyır. Fransadakı erməni lobbisi ilə sıx əlaqəsi olan Aşot Mkrtıçevin Paşinyana münasibəti elə də isti deyil. Çünki onun üzərində Avropadan çox Rusiyanın təsiri daha böyükdür.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*