Erməni jurnalistin qatili şərti azadlığa buraxıldıbackend

Erməni jurnalistin qatili şərti azadlığa buraxıldı

Erməni əsilli türk jurnalist, “Aqos” qəzetinin baş redaktoru Hrant Dinkin qatili Ogün Samast yaxşı davranışına görə dünən şərti azadlığa buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Duvar” qəzeti məlumat yayıb.

16 il 10 ay həbsdə yatmış Ogün Samast bir il həbsxana rəhbərliyinin nəzarətində olub. O, yaxşı davranış nümayiş etdirməklə şərti azadlığa buraxılması üçün tələb olunan şərtlərə əməl edib.

Xatırladaq ki, Hrant Dink 2007-ci il yanvarın 19-da İstanbulda redaksiya yaxınlığında silahlı hücum zamanı öldürülüb. O zaman 17 yaşında olan Ogün Samast qətldə təqsirli bilinib. O, hadisədən bir gün sonra Samsunda avtovağzalda saxlanılıb.

 

Mənbə:haqqin.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*