“Tavuş qubernatoru Hayk Qalumyan bu vəzifəyə 2021-ci ildə təyin edilib. Bildiyimiz kimi, Nikol Paşinyanın iş üslubu asanlıqla idarə edə biləcəyi şəxslərə vəzifə verməkdən ibarətdir. O, baş nazir olsa da, müxtəlif rollarda marionetkadır”.
KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Nəşr bu dəfə Tavuş qubernatorunun fəaliyyətinə diqqət çəkib: “Paşinyan Əmək və Sosial Məsələlər Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin Tavuş regional mərkəzinin aparıcı mütəxəssisi Qalumyanı vilayətin qubernatoru seçib.
Qalumyan da siyasi qüvvələrdən seçilib. O da əksər məmurlar kimi bank sisteminin işçisi olub.
Qalumyan 2022-ci il verdiyi hesabat bəyannaməsinə əsasən, İcevan şəhərində 2008-ci ildə ianə verilmiş bir torpaq sahəsinə və çoxmənzilli yaşayış binasında bir mənzilə sahib olub. O, mənzilin hansı vəsaitlə alınmasını dəqiq göstərməyib. 2010-cu ildə isə Qalumyan Gandzakarda birgə mülkiyyət sayılan istehsalat binası alıb.
2022-ci ildə qubernator İrəvanın Davtaşen inzibati rayonunda 18 milyon 150 min dram dəyərində mənzil alıb. Göstərilir ki, mənzil “Lav-Sar” MMC-dən ipoteka ilə alınıb.
O, mənzillərindən birini 13 milyon 100 minə Canik Xaratyan və Anna Sarıbekyana satıb. İki il bundan öncə isə Qalumyan 2007-ci il istehsallı “Mitsubishi” avtomobilinə sahib olub.
Onun qiymətli kağızları və digər səhmləri 1 milyon 313 min dram, bank hesabındakı qalıqlar 7 milyon 351 min dram, nağd pul vəsaitləri 13 milyon 100 min və 15 min dollar təşkil edib. Qubernator Qalumyan illik 28 milyon 623 min dram gəlir əldə edib ki, bunun da 12 milyon 879 mini Tavuş vilayətinin dövlət idarəsi müəssisəsindən əmək haqqıdır, o, mənzilin ipotekasını ödəmək üçün Maliyyə Nazirliyindən 1 milyon 606 min dram alıb. Krediti qaytarmaq üçün Qalumyan 2 milyon 163 min dram ayırıb”.
Nəşr xatırladır ki, Nikol Paşinyanın himayəsində olan Hayk Qalumyanın qardaşı isə parlamentdə oturur.
Natiq Səlim,
KONKRET.az