Erməni morqlarında azərbaycanlıların cəsədləri və qalıqları ola bilər – Anait Avanesyanbackend

Erməni morqlarında azərbaycanlıların cəsədləri və qalıqları ola bilər - Anait Avanesyan

“Erməni meyitxanalarında azərbaycanlıların cəsədləri və qalıqları ola bilər”

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bu fikri Ermənistanın səhiyyə naziri Anait Avanesyan İctimai TV-yə müsahibəsində səsləndirib.

Daha sonra o deyib:

“Onlarla cəsədi müəyyən edə bilmədik. Səhiyyə Nazirliyi Azərbaycanla işləmək üçün BQXK ilə əlaqə saxlayır. Cəsədlərin azərbaycanlılar olduğu müəyyən olunsa, beynəlxalq hüquqa görə İrəvan onları Bakıya təhvil verəcəkdir”.

“DNT analizlərinin cavabı gələn yüzlərlə cəsəd götürülmədiyindən hələ morqlarda qalır. Bəzi qohumlar testlərdən imtina edirlər, ona görə məlumat bazası natamam qalır. Elə qalıqlar da var ki, DNT müəyyən edə bilmir”, deyə səhiyyə naziri bildirib.

“Siyasi qüvvələrdən Məhkəmə Tibbi- Elmi və Tətbiqi Mərkəzinin Abovyan şöbəsində saxlanılan əsgər qalıqlarının saxlama şərtləri ilə əlaqədar hadisəni siyasiləşdirməməyi tövsiyə edirik” deyib Anait Avanesyan.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*