Erməni ordusunda görün kimlər xidmət edir – Sarkisyan AÇIQLADIbackend

Erməni ordusunda görün kimlər xidmət edir - Sarkisyan AÇIQLADI

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Ayk Sarkisyanın sözlərinə görə, hərbi xidmətdən yayınanlar arasında ölkənin əsas vergi ödəyicilərinin övladları da var. Deputat qeyd edib ki, bir çox iri biznes nümayəndələrinin övladları xarici vətəndaşlıq alaraq hərbi xidmətdən yayınırlar. Bu məlumatı o, Müdafiə Nazirliyi ilə işgüzar müzakirələr zamanı əldə etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Sarkisyanın sözlərinə görə, orduya əsasən aztəminatlı ailələrin övladları çağırılır, varlı ailələrin uşaqları isə müxtəlif səbəblərlə, o cümlədən sağlamlıq bəhanəsi ilə xidmətə cəlb olunmur.

Qeyd edək ki, deputat daha əvvəl hərbi xidmətdən qanuni şəkildə azad edilməni nəzərdə tutan sistem təklif etmişdi. Təşəbbüsə görə, çağırışçılar 20 milyon dram ödəməklə bir ay, 15 milyon dramla altı ay xidmət edə və ya tam 24 ay xidmət etməklə əlavə maaş ala bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*