Erməni spiker fransalı həmkarına Azərbaycandan ŞİKAYƏT ETDİbackend

Erməni spiker fransalı həmkarına Azərbaycandan ŞİKAYƏT ETDİ

Ermənistan parlamentinin sədri Alen Simonyan fransalı həmkarı Jerar Larşe ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə erməni spiker rəsmi Bakını 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edib. Simonyan həmkarının xahişi ilə müharibədən sonrakı vəziyyətin təfərrüatlarını açıqlayıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi və mandatı çərçivəsində sülh yolu ilə həllinin vacibliyini, o cümlədən müharibə nəticəsində yaranmış humanitar problemlərin təcili həll edilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər parlamentlərarası əməkdaşlıq məsələsinə, eləcə də Ermənistan-Fransa siyasi dialoqunun dinamikasına da toxunublar.

Görüş Ermənistan parlamenti ilə Fransa Senatı arasında Əməkdaşlıq Sazişinin imzalanması ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*