Ermənilər ruslara qarşı da terror və qırğınlar törədiblər – FAKTLARbackend

Ermənilər ruslara qarşı da terror və qırğınlar törədiblər - FAKTLAR

Bu gün özlərini dünyaya “məzlum millət”, “soyqırımına məruz qoyulan xalq” kimi təqdim etməyə çalışan ermənilər XIX–XX əsrlərdə təkcə türk-müsəlman əhaliyə qarşı deyil, eləcə də kürdlərə, yəhudilərə, habelə himayəsinə sığındıqları ruslara qarşı da terror və qırğınlar törətmişlər.

KONKRET.az xəbər verir ki, bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə 2018-ci ildə çap olunan “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında öz əksini tapıb.

“Yüz illər boyu Osmanlı İmperiyasından himayə görən ermənilərin türklərə xəyanət edərək, onlara arxadan zərbə vurmalarını ruslar heç vaxt nəzərdən qaçırmamışdılar. Ona görə də ruslar ermənilərin sədaqətinə qətiyyən inanmırdılar. Ermənilər rusların əleyhinə ilk terror əməliyyatını Rusiya imperatoru II Aleksandra qarşı həyata keçirmişdilər. 4 aprel 1866-cı ildə II Aleksandra sui-qəsd edən və buna görə də edam cəzasına məhkum olunan inqilabçı-terrorçu Dmitri Karakozovun vaxtilə İrandan Qarabağa köçən Karakozovların (Qaragözovlar) nəslindən olması barədə məlumatlar mövcuddur. XIX əsrin sonuncu rübündə Cənubi Qafqazda erməni separatizmi və terroru güclənmiş, erməni kilsələri silah-sursat anbarına çevrilmişdi.

Rus tədqiqatçı-jurnalisti Vasili Veliçko Yelizavetpol quberniyasının Tərtər qəsəbəsində “dinc” və “mədəni” ermənilərin “iblis qəddarlığı” ilə rusların başına gətirdikləri faciəni ürək ağrısı ilə təsvir etmişdi. V.Veliçko yazırdı ki, Tərtər kəndində onlarca rus ailəsinın məskunlaşdırılmasından sonra ətraf kəndlərdə yaşayan ermənilərin nümayəndəsi gələrək ruslardan tələb etmişdi ki, qəsəbəni tərk etsinlər. Sonra isə əli xəncərli erməni bandaları rusların içməli su gətirdikləri yolu kəsmiş, rusların məcbur qalıb içməli su kimi istifadə etdikləri çaya peyin, heyvan cəmdəkləri tökmüş, hər cür zibillə onu müntəzəm zəhərləmişdilər. Daha sonra V.Veliçko yazır ki, bütün bunlardan sonra qəsəbədə elə xəstəlik yayılır ki, düşünəndə adamın tükləri biz-biz olur. İnsanlar diri-diri çürüməyə başlamış, bədənlərini üfunətli yara bürümüş, dözülməz dərddən qup-quru qurumuşdular. Tərtərə göndərilən erməni həkimi cəhənnəm əzabına düçar olan ruslara dava-dərman vermək əvəzinə demişdi: “Rədd olun, rus köpəkləri, yoxsa hamınız qırılacaqsınız”. Bu kəndin əhalisinin üçdə ikisi tamamilə qırılmış, qalanları qaçıb getmişdilər.

1918-1920-ci illərdə Ermənistanda rusların öz yaşadıqları kəndləri tərk edərək Cənubi Azərbaycana qaçmalarını müşahidə edən gürcü müəllifi Karibi (əsl soyadı Qoleşvili, Gürcüstanın kənd təsərrüfatı naziri olmuşdur) 1920-ci ildə Tiflisdə nəşr etdirdiyi “Qırmızı kitab”da yazırdı: “Daşnak yazıçıları dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus kəndliləri qorxu içərisində Ermənistanı tərk edərək öz vətənlərinə deyil, Məhəmməd hümməti İrana qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar. Hesab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yaşamış olsaydılar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan İranda özlərinə sığınacaq axtarmazdılar”.

8 aprel 1991-ci ildə Rostov şəhərində SSRİ DİN-in podpolkovniki Vladimir Blaxotin erməni terrorunun qurbanı olmuşdu. Ermənilər 1988-1990-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş general Vladislav Safonovun maşını ilə Blaxotinin maşınının nömrəsini dəyişik salmış, podpolkovnikin maşınını partladaraq onu qətlə yetirmişdilər. General Safonovun isə hələ DQMV-də hərbi komendant olarkən qayda-qanun yaratmaq istəməsi ermənilərə sərf etmədiyi üçün İrəvanda keçirilən mitinqlərin birində ona qarşı ölüm hökmü çıxarmışdılar. İstintaqla müəyyən edilmişdi ki, terror aktını Xankəndi, İrəvan və Rostov şəhərinin sakinləri olan ermənilər törətmişdilər. Məhkəmə cinayətkarlara müxtəlif müddətlərə həbs cəzası kəsmişdi.

Faktlar göstərir ki, ermənilər tarix boyu bir tərəfdən Rusiyanın himayəsini qazanmaq üçün özlərini rusların sadiq dostu kimi qələmə vermiş, digər tərəfdən isə fürsət düşən kimi ruslara qarşı quldurluq, terror və qırğınlar törətmişdilər”, – kitabda bildirilib.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*