Ermənilərin İran “sevgisi” – Avakyanın açıqlaması daha hansı mətləblərdən xəbər verir?backend

Ermənilərin İran "sevgisi" – Avakyanın açıqlaması daha hansı mətləblərdən xəbər verir?

Ermənistanın İrandakı səfiri Arsen Avakyan ekstraterritorial dəhlizlərin mövcudluğunu qəbuledilməz adlandırıb və vurğulayıb ki, istənilən nəqliyyat kommunikasiyası ərazisindən keçdiyi ölkələrin yurisdiksiyasında olmalıdır.

KONKRET.az xəbər verir ki, o, Azərbaycanın Zəngəzur dəhlizini açmaq istəyini İSNA agentliyinə belə şərh edib.

Diplomat Ermənistanın insanların, malların və nəqliyyat vasitələrinin öz ərazisindən keçməsinin təhlükəsizliyinə tam təminat verməyə hazır olduğunu xatırladıb.

Səfir həmçinin İranla sıx iqtisadi əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, Ermənistanın coğrafi mövqeyi onun İran üçün Aİİ bazarına “təbii körpü” rolunu oynamasına imkan verəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*