Ermənilərin məscidlərə qarşı vəhşiliyi bəşəri cinayətdir – Hüsnü Qayabackend

Ermənilərin məscidlərə qarşı vəhşiliyi bəşəri cinayətdir - Hüsnü Qaya

Erməni vandalların Azərbaycanın işğal altındakı torpaqlarında məscidləri dağıtması, Allah evindən tövlə kimi istifadə etməsi ağlasığmaz bəşəri cinayətdir. Bu, o qədər ağır hadisə və bağışlanmaz cinayətdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Xristian dininə görə, başqa millətə və dinə qarşı bu cür amansız cinayət yolverilməzdir. Sülhsevər dünya ictimaiyyəti, ilk növbədə, xristian din xadimləri bu məsələyə münasibət bildirməlidirlər. Nifrət və kin dinlər və millətlər arasında düşmənçiliyin təməlidir. Ermənilərin Azərbaycandakı məscidlərə qarşı bu cür qatı düşmənçiliyinə heç kəs haqq qazandıra bilməz.

KONKRET.az  xəbər verir ki, bu fikirləri türkiyəli Hüsnü Qaya AzərTac-a müsahibəsində bildirib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmən tapdağındakı torpaqlarımızı azad etməsini beynəlxalq hüququn tərkib hissəsi və Allah qarşısında ən savablı işlərdən biri kimi dəyərləndirən Hüsnü Qaya deyib:

“Azərbaycan Ordusu beynəlxalq hüquqla ona verilən haqq işini həyata keçirir. Ermənilərin Azərbaycan torpaqlarında insanlara, tarixi abidələrə və təbiətə qarşı həyata keçirdikləri soyqırımı aktları bəşəri cinayətlərdir. Bu cinayətlər bir daha göstərdi ki, Azərbaycanın torpaqlarını bu yolla geri almaqdan başqa yolu qalmayıb. Ermənilərin məscidlərə qarşı hörmətsizliyi isə əsrlərdir davam edən türk və müsəlmana qarşı düşmənçiliyinin davamıdır. Qəlbimdə dərin ağrılar yaradan bu faktlar məni bir daha əmin etdi ki, Ermənistan dövləti onilliklər boyu dövlətimizə və xalqımıza qarşı düşmənçilik edən erməni lobbisinin əlində oyuncaqdır. Ermənilərin Azərbaycandakı məscidlərə qarşı vəhşiliyi bəşəri cinayətdir, bu faşist əməllərə qarşı susqunluq nümayiş etdirmək isə onlara şərik olmaq deməkdir”.

İslamın sülh, dostluq və qardaşlıq dini olduğunu diqqətə çatdıran Hüsnü Kaya deyib ki, müsəlman ümməti olaraq dinlərə, o cümlədən səmavi dinlərə qarşı heç bir hörmətsizlik göstərməmişik. Türkiyədə onlarca erməni kilsəsini Allahın evi kimi qoruyuruq. Ermənilərin bu qədər faşist münasibətinə baxmayaraq, Bakının mərkəzində erməni kilsəsinin qorunması bir daha dünyaya kimin kim olduğunu aydın şəkildə göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*