“Ermənistan artıq məhv olmaq fikri ilə barışıb” – Ananiya Maakyanbackend

"Ermənistan artıq məhv olmaq fikri ilə barışıb" - Ananiya Maakyan

“Ermənistan ətrafında yaranmış situasiyaya, hakimiyyətin və insanların buna reaksiyasına baxanda belə qənaətə gəlirik ki, Ermənistan əslində özünü xilas etmək məsələsinin kifayət qədər qeyri-müəyyən olduğu bir vəziyyətdədir. Əslində, müxalifətin bəzi kəsimlərinin indiyədək atdığı nəticəsiz addımlar bir yana, ölkəni xilas etmək üçün heç bir qüvvə tərəfindən ciddi addımlar atılmayıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ananiya Maakyan “hraparak.am” saytında yazıb.

Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq platformalarda və Ermənistanla münasibətlərdə son dərəcə fəaldır, üstəlik, beynəlxalq diqqəti özünə yönəldir, Ermənistana təzyiqləri daha da artırır və öz iradəsini diktə edir:

 

“Azərbaycan siyasətinin əsas götürdüyü ən mühüm amil erməni xalqının öz vətəninə, öz gələcəyinə biganəliyidir. Bu isə təkcə insanların küçələrə çıxmamasında deyil, xüsusən də insanların öz hakimiyyətlərindən lazımi addımların atılması üçün tələblər qoymamasında ifadə olunur. Bunun üçün Azərbaycanın istək və məcburiyyətlərinə müqavimət göstərmək, üsyan etmək, əks tədbirlər görmək lazım deyil.Bir şey aydındır: istənilən ölkənin müdafiəsi o ölkənin hakimiyyətinin, xalqının və müxalifətinin fəaliyyəti sayəsində həyata keçirilir. Bizdə ilk ikisi ümumiyyətlə yoxdur, üçüncüsü isə heç nəyə qadir deyil, onun bütün cəhdləri uğursuzluğa məhkumdur”.

O, hesab edir ki, 44 günlük müharibədən əvvəl və ondan sonra çox az adam düşünə bilərdi ki, Ermənistan və erməni xalqı elə bir vəziyyətə düşə bilər ki, həm hökumət, həm də xalq öz ölkəsini müdafiə etməyi dayandıra bilər:

“Hazırda istər məmur, istərsə də adi taksi sürücüsü ancaq pul qazanmaqla məşğuldur. Gündəlik çörəyini qazanmaq, pul yığmaq, dövlətdən nəsə oğurlamaq… Onları başqa məsələ maraqlandırmır…
Birinci Qarabağ müharibəsindən bu günə qədər ermənilərin insandan tutmuş ərazilərə qədər bütün itkiləri tamamilə unudulub, insanlar həlak olanlarının bütün ziyarətgahlarını, andlarını, arzularını inkar ediblər. Düşünmürəm ki, dünyada bu qədər amansız və keşməkeşli yol keçmiş, ölkəsi üçün belə ölümcül gündə bu cür davranışlar sərgiləyən, yəni vətənə xəyanət edən başqa bir xalq yoxdur.

İlham Əliyev ölkəsini gücləndirmək, arzularını həyata keçirmək üçün hər saniyədən intensiv istifadə edir. Ermənistan hamikiyyəti isə xalqı qarşısında heç bir addım atmır, heç nədən narahat olmur, sanki məhv olmaq fikri ilə barışıb.

Dünyanın bir çox ölkələrində təəccüblənirlər ki, Ermənistan niyə belə sakitdir, əl-qolunu bağlayıb oturub, özü üçün kritik şəraitdə heç bir addım atmır.
Belə çıxır ki, erməni xalqı ilk dəfə olaraq döyüşməkdən, dövlətçiliyindən imtina edir və Vətənindən əl çəkməyə hazırdır.
Bu vəziyyətdə Azərbaycanın öz məqsədinə çatacağı gün uzaqda deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*