Ermənistan bütün qırmızı xətləri keçib və Rusiyaya meydan oxuyur – Bordaçovun müsahibəsinə SÖZARDIbackend

Ermənistan bütün qırmızı xətləri keçib və Rusiyaya meydan oxuyur – Bordaçovun müsahibəsinə SÖZARDI

“Qarabağın əldən getməsi erməni xalqının faciəsidir. Amma başa düşmək lazımdır ki, vəziyyətin bu hala düşməsində Ermənistan özü cavabdehdir. Bu gün baş verən hər şey Ermənistan əhalisinin etdiyi seçimin nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bunu “Valday” klubunun proqram direktoru, Tskemi Milli Ali Təhsil Universitetinin elmi rəhbəri Timofey Bordaçov “Profil” jurnalına müsahibəsində deyib.

O, Cənubi Qafqazda baş verən hadisələrdən Rusiyada hansı nəticələr çıxarmaq lazım olduğunu şərh edib:

“30 ildən artıqdır ki, Cənubi Qafqazda hər bir xalqın əsas mədəni xüsusiyyətlərinə uyğun gələn siyasi sistemlər formalaşıb. Eyni zamanda, bu sistemlər xeyli demokratikləşib, dövlətlərin beynəlxalq həyatda iştirak imkanları genişlənib. Nəticədə getdikcə daha çox qonşularımızın inkişafının faktorları və elementləri Moskva ilə “xüsusi” münasibətlərin saxlanması ideyasına zidd olmağa başlayır. Amma bütün bunlar Rusiya üçün fəlakət deyil.
Başqa sözlə, Moskvanın keçmiş SSRİ ölkələri ilə bağlı siyasətinin Rusiyanın dinamik maraqları naminə həyata keçirilən təsirini saxlamaq strategiyasından aktiv diplomatiyaya keçid edəcəyini gözləmək olar. Bu coğrafi-mədəni məkanın spesifikliyi – Rusiya ilə geniş insan münasibətləri, bir sıra ümumi institutlar və nisbətən yaxın məsafələr heç yerdə yox olmayacaq.

Lakin yaxın illərdə Rusiya diplomatiyası onlardan bizi maraqlandıran ölkələri geridə saxlamaq üçün deyil, postsovet məkanının hər bir regionunda bizim üçün əlverişli şərait yaratmaq üçün istifadə edəcək. Bu funksiya KTMT, MDB və ya Aİİ ilə bağlı prioritetdir, əks halda gələcəkdə Rusiya üçün yük ola bilər.
Yəqin ki, Rusiya maraqlarına və imkanlarına əsaslanan münasibətlər qurmağa imkan verən yeni yanaşma tətbiq edəcək. Rusiyanın Cənubi Qafqazda siyasəti artıq belə bir modelin prototipinə çevrilir. Tədricən belə bir anlayış formalaşır ki, milli maraqlarımızı təmin etmək üçün tərəfdaşların öz aralarında, eləcə də xarici dövlətlərlə münasibətləri Rusiya ilə ikitərəfli qarşılıqlı fəaliyyətdən heç də az əhəmiyyət kəsb etmir”.

Deməli, Rusiyanın yüksək dairələrində Ermənistanın müttəfiqinə arxa çevirdiyini qəbul edirlər. Eksprertlər hesab edir ki, Ermənistanın digər dövlətlərlə qarşılıqlı əlaqə qurması və onları Cənubi Qafqaza soxmaq cəhdi zamanın reallığıdır. Uzun-uzadı müsahibəsində Bordaçov qeyd edir ki, ermənilərin yeni müttəfiq axtarması Rusiyanın Cənubi Qafqaz siyasəti ilə bağlıdır. Amma hər hansı mütəxəssisin və ekspertin təhlili Rusiya-Ermənistan münasibətlərini yeni müstəvidə inkişafına kömək etməyəcək.

Ermənistan bütün qırmızı xətləri keçib və Rusiyaya meydan oxuyur. Dünən baş nazir Nikol Paşinyanın Bişkekdə keçiriləcək MDB dövlət başçılarının zirvə görüşündə iştirakdan imtina etməsi də sırf Rusiya amilə ilə bağlıdır. Qərbdəki havadarları qarşısında götürdüyü öhdəlik Rusiyanın layihəsi olan təşkilatlardan çıxmaqdır.
Bura əsasən Rusiyanın hərbi bloku KTMT daxildir. Ermənistan Avrasiya İqtisadi Birliyindən də çaxmağı planlaşdırır. Çünki Qərb belə istəyir və bu, daha çox Fransanın təşəbbüsüdür. Bir neçə gün əvvəl Roma statunu ratifkasiya edən Ermənistanın Rusiya qarşısına çıxmağa üzü də qalmayıb.

Bildiyiniz kimi, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Putin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulan dövlətlərin hər hansı birinə səfər edərsə, qeyd-şərtsiz həbs ediləcək. Deməli, Rusiya prezidenti bir daha Ermənistana ayaq basmayacaq, çünki müttəfiqi xəyanətkar çıxıb və Putinin həbs edilməsini səbrsizliklə gözləyir. Paşinyan isə etdiklərinin fərqindədir və bir daha “Ladimir Ladimiroviç”lə qarşılaşmaq istəmir. Çox güman ki, Paşinyana Bişkekə getməyi ötən həftə Qranadada qadağan ediblər. ,

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*