Ermənistan Fələstin dövlətini rəsmən tanıdıbackend

Ermənistan Fələstin dövlətini rəsmən tanıdı

Ermənistan hökuməti İsrailin soyqırım törətdiyi Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrail-Fələstin problemlərinin həllində “iki dövlət” prinsipini dəstəklədikləri bildirilib.

Qeyd edək ki, İspaniya, İsveç, Norveç və İrlandiya keçən ay Fələstini rəsmi olaraq dövlət kimi tanıdıqlarını açıqlamışdı. Avropa ölkələri İsrailin soyqırımını dayandırmaq məsuliyyətini öz üzərinə götürdükdən sonra Ermənistandan daha bir addım gəldi.

Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin rəsmi tanınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, “Ermənistan müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləyib”.

ERMƏNİSTANDAN FƏLƏSTİN BƏYANATI

Ermənistan Xarici İşlər Nazirliyi Fələstin dövlətinin tanınması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, “Ermənistan müxtəlif beynəlxalq platformalarda həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləyib”.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz hesab edirik ki, bu, fələstinlilərin və israillilərin qanuni tələblərinin həyata keçirilməsini təmin etməyin yeganə yoludur. Yuxarıdakılara əsasən, Ermənistan Respublikası öz öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*