Ermənistan millisi olimpiadada çıxışını dayandırdıbackend

Ermənistan millisi olimpiadada çıxışını dayandırdı

Ümumdünya Şahmat Olimpiadasında Ermənistan yığması çıxışını dayandırıb.

KONKRET.az xəbər verir ki, dörddəbir finalda Ermənistan şahmatçıları Hindistan komandası ilə qarşılaşmada məğlub olublar.

Qeyd edək ki, Azərbaycan komandası dörddəbir finalda Polşa yığması ilə mübarizə aparacaq. Bu gün keçiriləcək qarşılaşmada Azərbaycan millisi qalib gələcəksə yarımfinalda Hindistan yığması ilə görüşəcək.

Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*