Ermənistan müxalifəti parlamentin təcili iclasını çağırdıbackend

Ermənistan müxalifəti parlamentin təcili iclasını çağırdı

Ermənistan parlamentinin “Hayastan” və “Mənim namusum var” müxalifət fraksiyaları ölkə sərhədlərinin delimitasiya və demarkasiyası məsələləri ilə bağlı qanunverci orqanın təcili iclasını çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Reqlamentə əsasən, parlament deputatlarının dörddə birinin tələbi ilə növbədənkənar iclaslar keçirilə bilər.

Müxalifət partiyaları təcili iclas çağırmaq və baş nazirin müavini Mher Qriqoryanla xarici işlər naziri Ararat Mirzoyanı əsas spiker qismində parlamentə dəvət etmək qərarına gəliblər.

Müxaliflərin fikrincə, rəsmilər Tavuşda keçiriləcək proseslər barədə açıqlamalar verməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*