Ermənistan müxalifət fraksiyası parlamentin oktyabrın 2-də Azərbaycanla “Mülki Müqavilə” partiyasının təşəbbüsü ilə imzalanmış sülh bəyannaməsinin müzakirəsi üçün keçiriləcək iclasında iştirakdan imtina edib. Fraksiya bəyanat yayıb və bunu “alçaldıcı sənəd” adlandırıb.
KONKRET.az xəbər verir ki, müxalifətin fikrincə, bəyannamə sırf hakim partiyanın mövqeyini əks etdirir.
Eyni zamanda vurğulanıb ki, sənəd “cəmiyyəti çaşdırmaq üçün növbəti cəhddir”.
Fraksiya hesab edir ki, imzalanmış müqavilələr Vyana Konvensiyasına və Ermənistan Konstitusiyasına uyğun dövlət daxilində prosedurlardan keçməlidir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan ABŞ-a Azərbaycanın Naxçıvanla quru əlaqəsini inkişaf etdirmək üçün uzunmüddətli hüquqlar verir.
Müşviq Tofiqoğlu
KONKRET.az