Bu gün Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan və “Hayastan” fraksiyasından olan deputat Levon Koçaryan arasında dava olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Vitse-spikerin çıxışı zamanı deputat hakimiyyəti tənqid etməyə başlayıb, buna cavab olaraq Arşakyan tribunadan Koçaryanın susmasını tələb edib və onu zaldan qovmaqla hədələyib.
Onlar arasında başlayan söz davası daha sonra əlbəyaxa davaya çevrilib.