Ermənistan Parlamentinin spikeri Alen Simonyana 188 min dollara BMW alınır – FOTObackend

Ermənistan Parlamentinin spikeri Alen Simonyana 188 min dollara BMW alınır - FOTO

Ermənistan parlamentinin spikeri Alen Simonyana budcə vəsaiti hesabına 188 min dollara BMW alınacaq.

KONKRET.az erməni mediasına istinadla bildirir ki, bu barədə İclasda müzakirədən kənar paketdə qərar qəbul edilib. Hökumət qərar layihəsinə izahatda bildirilir ki, hazırkı BMW 750Li 2011-ə texniki cəhətdən israfçı və səmərəsizdir.

Əvəzində BMW 750Li xDrive LCI avtomobilinin alınması təklif edilir. Üstəlik, əsaslandırma alışın “hazırda təcili hesab edildiyini” göstərir.

Nikol Paşinyan və hazırkı hakimiyyətin digər nümayəndələri tez-tez əvvəlki rəhbərliyi rəsmi avtomobillərin qiymətinə və sayına görə tənqid edirdilər.

Dövlər büdcəsi hesabına bu cür bahalı avtomobil sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*