Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə gedir,
KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu barədə bildirib.
Badalyanın sözlərinə görə, Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci illik assambleyasında iştirak edəcək. Digər görüşlər də nəzərdə tutulub.