Ermənistan sentyabrın 5-də Azərbaycanla delimitasiya komissiyalarının iş qaydalarına baxacaqbackend

Ermənistan sentyabrın 5-də Azərbaycanla delimitasiya komissiyalarının iş qaydalarına baxacaq

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*