Ermənistan xarici əraziləri ələ keçirməyi planlaşdırır? – Paşinyandan hərbi xərclərin artırılması ilə bağlı AÇIQLAMAbackend

Ermənistan xarici əraziləri ələ keçirməyi planlaşdırır? – Paşinyandan hərbi xərclərin artırılması ilə bağlı AÇIQLAMA

“Başqa ölkələrin ərazilərini ələ keçirmək planları yoxdur”. 

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə təhlükəsizlik mühiti yaratmağın vacibliyindən danışarkən səsləndirib.

Paşinyan bildirib ki, Ermənistan silahlı qüvvələrini təcavüz üçün deyil, yad təsirlərdən qorunmaq üçün inkişaf etdirəcək və orduda islahatlar keçirəcək:

“Ermənistanın xarici əraziləri ələ keçirmək planı yoxdur. Ermənistan və region üçün sülh dövrünün başlanması gündəmdir” – deyə Paşinyan vurğulayıb.

Paşinyan bunu  düşmənçilik atmosferini aşmaqda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağla bağlı danışıqları bərpa etməkdə, bölgədə kommunikasiyaları blokdan çıxarmaqda gördüyünü bildirib. Onun sözlərinə görə, blokdan çıxmaq Ermənistan iqtisadiyyatının məzmun və strukturunu dəyişə və inklüziv iqtisadi artımı təmin edə bilər.

Baş nazir gələn ilin büdcə layihəsində hərbi xərclərin 11 faiz artırıldığını və təxminən 725 milyon dollar olacağını da qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*