Ermənistana Azərbaycan benzini lazımdır: Qiymət artımı…backend

Ermənistana Azərbaycan benzini lazımdır: Qiymət artımı...

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan yanacaq bazarındakı vəziyyətlə bağlı açıqlama verərək, qiymətlərin dəyişməsini Azərbaycandan gətirilən benzinin həcmi ilə əlaqələndirib.

KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, litri 430 dram olan Azərbaycan benzini bazarda yüksək tələbatla qarşılanır və qısa müddətdə satılıb tükənir. Məhz bu yanacaq başa çatdıqdan sonra digər növ benzinlərin qiymətində artım müşahidə olunur.

Papoyan bildirib ki, ucuz yanacaq istehlakçılar tərəfindən daha çox alındığı üçün bazardan tez çıxır:

“Azərbaycandan gətirilən benzinin həcmi nə qədər çox olarsa, o qədər də sürətlə satılır. Çünki istehlakçılar daha ucuz yanacağa üstünlük verirlər. Bu benzin tükəndikdən sonra isə digər yanacaq növlərinin qiyməti yüksəlməyə başlayır”.

Nazirin fikrincə, Ermənistanda yanacaq qiymətlərinin stabil və aşağı səviyyədə qalması üçün Azərbaycandan idxal edilən benzinin həcmi artırılmalıdır. O vurğulayıb ki, tədarükün genişləndirilməsi bazarda rəqabəti gücləndirə və qiymət artımının qarşısını ala bilər.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan benzininin Ermənistanda populyarlıq qazanması həm keyfiyyət, həm də qiymət baxımından üstünlüklərlə bağlıdır. Bu amil ölkənin yanacaq bazarında xarici tədarükdən asılılığını da bir daha gündəmə gətirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*