Fevralın 26-da qaz kəsiləcək – Bu ərazilərdəbackend

Fevralın 26-da qaz kəsiləcək - Bu ərazilərdə

Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*