Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar istəyirlər – Natali Aleksanyanbackend

Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar istəyirlər- Natali Aleksanyan

Xankəndindəki qanunsuz xunta nümayəndələri Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olurlar.

KONKRET.az xəbər verir ki, bu sözləri Erməni bloger Natali Aleksanyan bildirib.

Onun sözlərinə görə, Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar tələb olunur.

“Əvvəl bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır, indi məlum oldu ki, çıxılmaz vəziyyətdə olan insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı bağlayan Qarabağın “avtoritetləri”dir. Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”, – bloqqer deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*