Ermənistanda bankda güclü partlayış BAŞ VERDİ – Ölən və yaralananlar var – VİDEObackend

Ermənistanda bankda güclü partlayış BAŞ VERDİ - Ölən və yaralananlar var - VİDEO

Ermənistanda banklardan birində güclü partlayış baş verib. Ölən və yaralananlar var.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İyulun 6-da səhər saatlarında Aştarakdakı banklardan birində partlayış, ardınca isə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza siqnalı saat 09:07 radələrində daxil olub.

İlkin məlumata görə, bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Yanğın saat 09:54 radələrində söndürülüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*