Ermənistanda korrupsiya əməlləri: Köçəryan ittiham edilirbackend

Ermənistanda korrupsiya əməlləri: Köçaryan ittiham edilir

Ermənistan Baş Prokurorluğu 2008-ci il martın 1-də baş vermiş kütləvi iğtişaşlar zamanı həlak olanların ailələrinə hökumət tərəfindən ödənilmiş 670 milyon dramın (təxminən 1,7 milyon dollar) keçmiş prezident Robert Köçəryan və bir sıra sabiq məmurlardan müsadirə edilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, prokurorluğun iddiası Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib və işə hakim Aşken Karslyan baxacaq. İddiada Köçəryan, keçmiş vitse-spiker Armen Gevorkyan, Silahlı Qüvvələrin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyan və sabiq müdafiə nazirinin müavini Yuri Xaçaturovdan məbləğin bərabər hissələrlə ödənilməsi tələb olunur.

Xatırladaq ki, 2019-cu ildə Ermənistan parlamenti 2008-ci il etirazlarının dağıdılması zamanı həlak olan və yaralanan şəxslərin ailələrinə yardım göstərilməsi haqqında qanun qəbul edib. Həmin il Ədliyyə Nazirliyi bu məqsədlə 720 milyon dram ayırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*