Ermənistanda müdafiə naziri barədə araşdırma aparılması tələb edilirbackend

Ermənistanda müdafiə naziri barədə araşdırma aparılması tələb edilir

Ermənistanın müdafiə naziri Suren Papikyanın dəbdəbəli, məmurun aylıq maaşı ilə uzlaşmayan toy mərasimi bu ölkənin ictimai xadimləri, sadə vətəndaşları arasında geniş rezonans doğuraraq narazılıq yaradıb. Bir sıra ictimai şəxslər müdafiə nazirinin gəlirləri ilə bağlı araşdırmaların aparılması zəruriliyinə diqqət çəkiblər.

KONKRET.az “Hraparak.am”a istinadən xəbər verir ki, toy mərasimi isə Qaqik Sarukyanın ailəsinə məxsus “Firon” restoran kompleksində baş tutub. Toyun aparıcısı “bahalı” tamada kimi tanınan Xoren Lonyan olub. Qeyd edilir ki, o, toy mərasimlərində 10-15 min ABŞ dollarına tamadalıq edir.

Mərasimdə Baş nazir Nikol Paşinyan və xanımı da iştirak edib, qonaqların ümumi sayı 500 nəfəri keçib.

Ermənistanın tanınmış politoloqları, ekspertləri, müxalif şəxslər, habelə ictimaiyyət nümayəndələri cəmi 3 il əvvəl tarix müəllimi işləmiş Suren Papikyanın bu qədər pulu haradan alması ilə suallar ünvanlayıblar. Onlar dəbdəbəli mərasimin “Firon” şadlıq sarayında keçirilməsinin ciddi korrupsiya faktlarından xəbər verdiyini vurğulayıblar.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*