Ermənistanda öldürülən çeçen qadının təfərrüatlarıbackend

Ermənistanda öldürülən çeçen qadının TƏFƏRRÜATLARI

Ermənistanda qətlə yetirilən çeçen qızı Ayşət Baymuradova dostları ilə yazışmalarında hüquq müdafiəçilərini şikayət etdiyi ortaya çıxıb. 

KONKRET.az-ın xəbərinə görə, bu barədə Çeçenistan İnsan Haqları Ombudsmanı Mansur Soltayev məlumat verib.

Onun sözlərinə görə, böhran mərkəzinin əməkdaşları onu “aldadaraq pulunu alıblar”. Nəticədə o, dəstəksiz və dolanışıqsız qalıb, real kömək əvəzinə təhdid və şantajla üzləşməyə məcbur olub.

Mesajlardan bəlli olub ki, Şimali Qafqazda digər qızları gizlədərək yoldan çıxarıb, Qərb ölkələrinə daşıyıblar.

Həmçinin qurumdan etiraf ediblər ki, Bəymuradovanı hüquq müdafiəçiləri özləri öldürmüş ola bilər.

Xatırladaq ki, Ermənistanda çeçen qızın ölümü oktyabrın 20-də məlum olub. Onun meyiti Dəmirçyan küçəsində kirayədə qaldığı mənzildə tapılıb. Baymuradova sonuncu dəfə sosial şəbəkə vasitəsilə tanış olduğu yeni dostu ilə görüşmək ərəfəsində görülüb.

Eyni zamanda, hüquq müdafiəçiləri bildirib ki, dostun Çeçenistan lideri Ramzan Kadırovun yaxın çevrəsinin üzvləri ilə əlaqəsi olan qadın ola bilər.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*