Nikol Paşinyan siyasi komandasının sıralarını təmizləmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Joxovurd” qəzetində dərc edilib.
“Paşinyan “Mülki Müqavilənin” üzvü olmayan, partiyanın ideyalarını dəstəkləməyən və bitərəf qalmağa cəsarət edən bütün məmurları, hətta yüksək rütbəli məmurları da hakimiyyətdən uzaqlaşdırmaq haqqında göstəriş verib”. İrəvan meriyası bu günlərdə 11 uşaq bağçasının müdirlərinin işdən qovulması barədə məlumat yayıb.
Mənbələrimizin bildirdiyinə görə, bunun əsas səbəbi direktorların “Mülki Müqavilə”nin üzvü olmamalarıdır.
Vəli Həsənov
KONKRET.az