Ermənistandan daha bir “Naxçıvan” AÇIQLAMASI: Paşinyanın deputatı da “hazırıq!” dedibackend

Ermənistandan daha bir "Naxçıvan" AÇIQLAMASI: Paşinyanın deputatı da "hazırıq!" dedi 

“Ermənistan Azərbaycana Naxçıvanla, o cümlədən ölkələrin suverenliyi və yurisdiksiyası altında bütün regionun infrastrukturunu açmaq yolu ilə əlaqə saxlamaq imkanı verməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” partiyasından olan deputat, xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan deyib:

“Eyni məntiqlə ölkələrin suverenliyi və yurisdiksiyası altında Ermənistanın şimalından cənubuna marşrutlar açıq olmalıdır. Bu məsələdə bizim mövqeyimiz konstruktivdir. Bildiyiniz kimi, Ermənistan hökuməti Azərbaycana təklif göndərib və biz bu məsələ ilə bağlı müsbət cavab almamışıq. Ancaq regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur”, – deyə Xandanyan vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*