Ermənistandan ölkəmizlə bağlı ŞOK MÜRACİƏT – Azərbaycandan gələn zənglər…backend

Ermənistandan ölkəmizlə bağlı ŞOK MÜRACİƏT - Azərbaycandan gələn zənglər...

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycandan gələn nömrələrin zənglərinə cavab verməmək barədə vətəndaşlara müraciət edib.

KONKRET.az Ermənistan MTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum müraciətində qəti olaraq bildirib ki, Azərbaycandan gələn zənglərə nəinki cavab verilməsin, həmçinin bu nömrələrlə əlaqə yaradılmasın.

Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, İrəvanda 31 yanvar (saat 07: 11-dən 07: 30-dək) ​​bir neçə mobil rabitə operatorunun bir neçə abunəçisi Azərbaycandan, eləcə də sıfır saniyə davam edən digər xarici telefon nömrələrindən zənglər qəbul edib. Bəzi abunəçilər göstərilən xarici nömrələrlə əlaqə saxlamağa cəhd ediblər.

“Bilmədiyimiz xarici nömrələrin zənglərinə cavab verdikdə və ya rəyləri təsdiqlədikdə, bu nömrənin balansından külli miqdarda vəsaitin çıxılması ehtimalı var. Eləcə də Ermənistandakı abunəçilər bu zənglərin diqtəsilə başqa tora düşə bilərlər. Odur ki, Azərbaycandan və tanımadığınız digər xarici nömrələrdən gələn zənglərə cavab verməyin”, – deyə MTX-nin müraciətində deyilir.

Maraq doğuran odur ki, görəsən, Azərbaycandan Ermənistana niyə zənglər gedir?!

Əlaqəli mövzular: 

Ərdoğan xəstə yatan erməni millət vəkilini ziyarət etdi – FOTO

İnzibati Məhkəmə hakiminin maşını QARƏT EDİLDİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*