Ermənistanda Hindistandan cəmi 150 əmək miqrantı var – Miqrasiya Xidmətinin rəhbəribackend

Ermənistanda Hindistandan cəmi 150 əmək miqrantı var - Miqrasiya Xidmətinin rəhbəri  

Miqrantların qeydiyyatı məsələsində Ermənistan mövcud liberal qanunvericiliyə görə bəzi çətinliklər çəkir.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Parlamentin Regional və Avrasiya inteqrasiyası Komissiyasının iclasında Miqrasiya Xidmətinin rəhbəri Armen Kazaryan bildirib.

Onun sözlərinə görə, Aİİ-nin bir sıra ölkələrində miqrasiya kartları sistemi fəaliyyət göstərir. Kazaryan qeyd edib ki, Ermənistanda bu tələb işləmir.

“Belə liberal yürüş müəyyən problemlərə gətirib çıxarır, xarici vətəndaşların qeydiyyatı məsələsində bizim yaxşı statistik məlumatlarımız yoxdur”, – deyə o bildirib.

Kazaryan qeyd edib ki, xarici vətəndaşlara iş icazəsi verilməsi üçün yeni qayda hazırlanıb və bu, Ədliyyə Nazirliyində baxılıb. Yeni qayda həmçinin bir sıra qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur, buna görə də ölkə parlamenti tərəfindən də nəzərdən keçiriləcəkdir.

“Yeni qaydaya uyğun olaraq, bir tərəfdən işə icazə verilməsi proseduru yüngülləşdiriləcək, digər tərəfdən isə milli təhlükəsizlik məsələləri və Ermənistan vətəndaşlarının məşğulluğunun maraqları nəzərə alınacaq”, – deyə Kazaryan bildirib.

Öz növbəsində, komissiyanın rəhbəri Mikayıl Melkumyan Hindistandan gələn miqrantların sayı barədə məlumatın olub-olmaması ilə maraqlanıb.

O vurğulayıb ki, onların bir çoxu Ermənistanda fəaliyyət göstərir, ölkə isə öz əhalisinin məşğulluğunun təmin edilməsində çətinlik çəkir.

Kazaryan qeyd edib ki, əsasən Hindistan vətəndaşları təhsil almaq üçün Ermənistana gəlirlər. “Biz əmək miqrasiyası məsələsi ilə yalnız son dövrdə üzləşmişik. 31 dekabr 2019 – cu il tarixinədək Hindistandan əmək miqrantlarının sayı 150 nəfər, tələbənin sayı 1325 nəfər, bu ölkənin daha 43 nəfər vətəndaşı isə sahibkarlıq fəaliyyəti məqsədilə Ermənistana gəlib”, – deyə o əlavə edib ki, 150 əmək miqrantları o qədər də böyük rəqəm deyil.

Kazaryan bildirib ki, iş, təhsil almaq və ya turist kimi Ermənistana gələn Hindistan vətəndaşlarının sayının artması viza rejiminin yüngülləşdirilməsi ilə bağlıdır.

Melkumyan rəsmi statistika ilə razılaşmayıb. O əmindir ki, ölkədə qeyri-leqal fəaliyyət göstərən əmək miqrantlarının sayı daha yüksəkdir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*