“Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan kimi təqdim olunur” – Şahen Şahinyanbackend

"Ermənistanın bütün ərazisi Qərbi Azərbaycan kimi təqdim olunur" - Şahen Şahinyan

“Bakının hazırkı siyasəti Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanımağa tələsməsinin nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni nəşrinə müsahibəsində kartoqraf Şahen Şahinyan deyib.

O bildirib ki, buna görə Ermənistanın bütün ərazisi “Qərbi Azərbaycan” kimi təqdim olunur.

“Bu cür hadisələrə qarşı mübarizənin gecikmədən, dərhal və dövlət səviyyəsində aparılması çox vacibdir. Bizim cəmiyyətimizin də mühüm missiyası var, biz sosial şəbəkələrdə Ermənistan Respublikasının real ərazisi olan orijinal xəritələri yaymalıyıq”, – deyə erməni kartoqraf bildirib.

O deyib ki, Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinə rəğmən onun ərazi bütövlüyünü tanıyıb.

“Belə bir deyim var: çox istəyən azdan da qalar. Bu, bizə aiddir. Heç bir şərt qoymadan, tərəddüd etmədən 86 min kvadrat kilometr rəqəmin adını çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığımızı bəyan etdik. 29,8 min kvadrat kilometrin Ermənistan ərazisi kimi tanınmasını tələb etdiyimiz halda. Əgər biz belə bir addım atacaqdıqsa, heç olmasa, bu faktı öz tərəfimizdən çox böyük güzəşt kimi dəyərləndirməliydik. Amma biz bunu elə etdik ki, bu, sadəcə olaraq faktın ifadəsi oldu. Elə bil əvvəldən də belə güman edirdik, indi isə sadəcə olaraq bəyan etdik”, – deyə Şahinyan bildirib

O deyib ki, hazırda elə bir vəziyyət yaranıb ki, bizdə, ümumiyyətlə, heç bir tələb yoxdur.

“Dövlət telekanalının efirində materialları yayırlar. Və biz hamımız çox gözəl başa düşürük ki, dövlət televiziyası təkbaşına belə material hazırlaya bilməz. Bu, Azərbaycanın dövlət yanaşmasıdır. Ermənistan isə dövlət səviyyəsində buna qarşı durmalıdır. Təbii ki, beynəlxalq səviyyədə reaksiya verilsəydi, çox düzgün olardı, lakin biz görürük ki, beynəlxalq ictimaiyyət Ermənistanın rifahı və regionda sülhün rifahı üçün heç nə etmir və ya etmək istəmir”, – Şahen Şahinyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

  • Asiman
    Avqust 20, 2023 - 20:46

    Onlara (ermənilərə) dövlət lazım deyil. Tədricən, 20 ilə, tam gedəcəklər.

  • Yusifov seyfəddin
    Avqust 20, 2023 - 21:06

    Qərbi Azərbaycan Ermənistan kimi, elə Şahe(i)n Şahe(i)nyan adı da bizdən götürülüb. Hələ bir öz adını dəyişdirsin sonrasına baxarıq.

  • Vüqar
    Avqust 20, 2023 - 21:18

    Ermənistan adlı dövlət olub ki,?? Bütün torpaqlar helə bizimdir.

Asiman üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*