Ermənistanın ilk Ombudsmanı Larisa Alaverdyan: “Paşinyanın Putinə yazdığı məktub çox gecikib”backend

Ermənistanın ilk Ombudsmanı Larisa Alaverdyan: "Paşinyanın Putinə yazdığı məktub çox gecikib"

“Baş nazir təhlükəsizliyimiz üçün ciddi bir təhdidin mövcudluğunu Rusiya tərəfinə çatdıra bilmədi”.

KONKRET.az xəbər verir ki, Ermənistanın ilk Ombudsmanı, “Qanuni özbaşınalığa qarşı” ictimai təşkilatının direktoru Larisa Alaverdyan bu fikirləri erməni mediasına verdiyi müsahibəsində söyləyib.O, həmçinin bildirib ki, “İlk prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı danışıqlar üçün Moskvaya göndərilməsi də səhv addımdır”.

Xatırladaq ki, Paşinyanın xahişi ilə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan Rusiya elitası ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Moskvaya getməli idilər. Lakin sonradan Köçəryan koronavirusa yoluxduğu üçün bu səfər baş tutmadı.

“Bəyəm bizim dövlətimiz yoxdur? Heç bir maddi-məsuliyyət daşımayan adamlar dövləti necə təmsil edə bilərlər? Bəyəm, bu adamlar xalq və dövlət qarşısında etibarlarını itirdikləri üçün istefaya göndərilməyiblərmi?”, – deyə Alaverdiyan üsyan edib.

Sabiq Ombudsman hesab edir ki, siyasi hakimiyyət passiv mövqe tutmaqla məsuliyyəti başqalarının üzərinə atır.

“Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktuba gəlincə, o, bir az gecikib və məqsədi çox aydın deyil. Ümumiyyətlə, Paşinyan hazırdakı mövcud çətinlikləri Rusiya tərəfə çatdıra bilmir. Bu, onun siyasi səbatsızlığı ilə bağlıdır. Ola bilsin ki, başqa səbəb də var. Məsələn, Serbiyada Kosova üçün reallaşdırılan senarinin Dağlıq Qarabağda tətbiqi barədə Ermənistanın çağırışları Rusiyanı qorxudur. Çünki Rusiya NATO-nun cənub sərhədlərinə yaxınlaşacağını hec cür qəbul edə bilməz”, -d eyə sabiq Ombudsman əlavə edib.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*