Ermənistanın mina terrorunun qurbanları bəyanat yaydıbackend

Ermənistanın mina terrorunun qurbanları bəyanat yaydı

Ermənistanın mina terrorunun qurbanları və QHT-lər bəyanat yayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda deyilir:

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri, bu sahədə fəaliyyət göstərən QHT-lər 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə birgə bəyanat verərək beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırırıq. Dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır.

Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir, mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla kəskin çirkləndirilib. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı mühakimə etməyə və Azərbaycana humanitar minatəmizləmə fəaliyyətində dəstək olmağa çağırırıq.

Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən bu günə kimi 3429 nəfər azərbaycanlı minadan zərər çəkib. Onların əksəriyyəti mülki şəxslərdir – 358 nəfəri uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır.

Yalnız son 1 ay ərzində 3 nəfər Tərtər və Ağdamda minaya düşüb, onlardan 2-si gəncdir – birinin 18, digərinin 29 yaşı var.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayətdir.

Bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını son dövrlərdəki mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir.

2020-ci ildə 44 günlük müharibədən sonra – Azərbaycanda mina hadisələrindən ölən şəxslərin 77%-i mülki şəxslərdir. 2020-ci ilin 10 noyabrından ötən dövr ərzində 350 nəfər azad edilmiş ərazilərdə minaya düşüb, onlardan 65 nəfər həyatını itirib, 285 nəfər xəsarət alıb.

Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Biz – Ermənistanın mina terrorundan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri və bu sahədə fəaliyyət göstərən QHT-lərin təmsilçiləri olaraq, vətəndaşları azad edilmiş ərazilərdə hərəkət zamanı təhlükəsizlik qaydalarına tam riayət etməyə, ümumişlək olmayan ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün işarələrə diqqətlə yanaşmağa çağırırıq.

Bu gün Azərbaycan dövləti minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə daxili resursları hesabına aparır. Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları Azərbaycanla humanitar minatəmizləmə işində yaxından əməkdaşlıq etməyə çağırırıq. Biz son vaxtlar qadınların da sıralarında yer aldığı, olduqca riskli sahəni əhatə edən, lakin çox şərəfli peşə olan minatəmizlə işini aparan qəhrəmanları, fədakarları alqışlayırıq!

Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir. Bu, ekoloji fəsadların yaranmasına, flora və faunanın pozulmasına, torpaq sahələrinin qeyri-səmərəli istifadəsinə səbəb olur.

Biz inanırıq ki, gün gələcək ki, Qarabağ və Şərqi Zəngəzur minadan azad bölgə elan olunacaq. Bu, bölgədə təhlükəsizlik, qayıdış və rifah üçün başlıca şərtdir.

Biz dünya ictimaiyyətinə üz tutaraq bu günü yaxınlaşdırmaq üçün Azərbaycana hərtərəfli dəstək olmağa, BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün ardıcıl fəaliyyətə çağırırıq.

İmzalar:

Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu;

Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi;

Rey Kərimoğlu – Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası;

Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu;

Rauf Zeyni – Qeyri-Hökumət Təşkilatlarının Milli Forumu;

Azər Allahverənov – “Avrasiya” Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi;

Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;

Novella Cəfəroğlu – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi;

Sevinc Orucova – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi;

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi;

Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının sədri;

Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi;

Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi;

Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası;

Amin Məmmədov – “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi;

Rəşad Mehdiyev – “Gilavar Foto Klubu” İctimai Birliyi

Müqabil Bayramov – “Azərbaycan Kartoqrafları İctimai Birliyi;

Təvəkkül İsgəndərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi

Çingiz Qənizadə – “Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai Birliyi;

Qorxmaz İbrahimli – “Biosfer” İctimai Birliyi;

Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi;

Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi;

Nadir Cəfərov – “Çıraq” Humanitar İctimai Birliyi;

Aydın Kərimov – Müstəqil Hüquq Mərkəzi İctimai Birliyi;

Asəf Əliyev – “Qarabağ qaziləri” İctimai Birliyi

Mehdi Mehdiyev – “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi;

Mirhəsən Həsənov – Çernobıl Əlillər İttifaqı;

Füzuli Rzaquliyev – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi;

Zaur Quliyev – “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi;

İradə Həsənova – “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi;

Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi;

Minadan zərərçəkən Məmmədov Zabil Əlastan oğlu;

Minadan zərərçəkən Məmmədzadə Vidadi Vəli oğlu;

Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;

Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgər oğlunun ailə üzvü Əhmədov Ələsgər Əziz oğlu;

Minadan zərərçəkən İsmayılov Polad Alış oğlu;

Minadan zərərçəkən Məmmədov Azər Əhməd oğlu;

Minadan zərərçəkən Əlizadə Həsənəli Şahin oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firuddin oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfüqar oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;

Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;

Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil oğlunun ailə üzvü Babayev Fədakar Qabil oğlu;

Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;

Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;

Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;

Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim Allahverən oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;

Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;

Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;

Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abış oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;

Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvər Sovet oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;

Minadan zərərçəkən Əbilov Mahir Ramiz oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firuddin oğlunun ailə üzvü Qəndiyev Firuddin İsmayıl oğlu;

Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oğlu;

Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;

Minadan zərərçəkən Əliyarov Sadir Heydər oğlu;

Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram oğlunun ailə üzvü Alışov Nəsib Oktay oğlu;

Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu;

Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;

Minadan zərərçəkən Novruzov Ruhin Ələddin oğlu;

Minadan zərərçəkən Cəfərova Tamam Aslan qızı;

Minadan zərərçəkən Babaşov Xəzər Tarıyel oğlu;

Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oğlu;

Minadan zərərçəkən Əsgərov Məsim Həsən oğlu;

Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;

Minadan zərərçəkən Sadıxov Samir Sabiroviçin ailə üzvü Sadıxov Eldar Sabiroviç;

Minadan zərərçəkən Quliyev Fərhad Hüseynağa oğlunun ailə üzvü Quliyev Famil Hüseynağa oğlu;

Minadan zərərçəkən Həsənov Zaməddin Qələndər oğlu;

Minadan zərərçəkən Əbilov Famil İlyas oğlunun ailə üzvü Əbilov Amil İlyas oğlu;

Minadan zərərçəkən Nurəliyev Elçin Xanbala oğlunun ailə üzvü Nurəliyev Əhmədağa Xanbala oğlu;

Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun ailə üzvü Hüseynov Vüsal Asif oğlu;

Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

Minadan zərərçəkən Əkbərov Vaqif Sabir oğlu;

Minadan zərərçəkən Abbasov Bəxtiyar Yaqub oğlu;

Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

Minadan zərərçəkən Həsənov Nizaməddin Qələndər oğlu;

Minadan zərərçəkən Qarayev Şahin Qədir oğlu;

Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;

Minadan zərərçəkən Babayev Ramil Nazim oğlu;

Minadan zərərçəkən Bağrov Elmir Elnur oğlu;

Minadan zərərçəkən Həsənov Azad Kamandar oğlu;

Minadan zərərçəkən Əlizadə Samir Buruz oğlu;

Minadan zərərçəkən Ağayev Bəxtiyar Hətəm oğlu;

Minadan zərərçəkən Məmmədov Mahir Əfran oğlu;

Minadan zərərçəkən Əliyev Qara Əli oğlu;

Minadan zərərçəkən Bayramov Elvin Zahir oğlu;

Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlu;

Minadan zərərçəkən Bayramov Rafayıl Köçəri oğlu;

Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

Minadan zərərçəkən Quliyeva Nabat Mikayıl qızı;

Minadan zərərçəkən Yusifov Elmir İslam oğlu;

Minadan zərərçəkən İdrisov Əhməd Şöhrət oğlu;

Minadan zərərçəkən Məmmədov Vüqar Maqsud oğlu;

Minadan zərərçəkən Hüseynov Qılman Hidayət oğlu;

Minadan zərərçəkən Nəcəfov Pərviz Sozalı oğlu;

Minadan zərərçəkən Balakişiyev Tofiq Hacımirzə oğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*