Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldıbackend

Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı

Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi ki, Ermənistan kimsəyə lazım deyil. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*