Ermənistanın Qərbə yönəlməsinin PƏRDƏARXASI: Paşinyanın əsl məqsədi indi BƏLLİ OLDUbackend

Ermənistanın Qərbə yönəlməsinin PƏRDƏARXASI: Paşinyanın əsl məqsədi indi BƏLLİ OLDU

“Ermənistanın son illər Qərbə yaxınlaşmaq cəhdləri müşahidə olunur”.

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında səsləndirib:

Əli Zülfüqaroğlu: “Liderlərin görüşü sülhə doğru real addım ola bilər” –  ÖZƏL

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələnə qədər Ermənistan Rusiyanın nəzarəti altında olub, lakin indiki iqtidar qərbyönlü siyasət yürütməyə çalışır.

“Bu, Ermənistanın Rusiya ilə əlaqələrinin tamamilə kəsilməsi demək deyil. Ölkənin Rusiya ilə iqtisadi asılılığı və bir sıra istiqamətlərdə əməkdaşlığı hələ də davam edir. Ona görə də Ermənistan-Rusiya münasibətlərinin qırılma nöqtəsinə çatdığını düşünmək doğru olmaz”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycan bölgənin geosiyasi mənzərəsini formalaşdıran əsas gücdür və yürütdüyü müstəqil siyasət regional sabitlik üçün zəmin yaradır. Bu isə Ermənistan üçün də müəyyən müsbət perspektivlər açır.

“Ermənistan imza atdığı sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin tələblərini yerinə yetirməli, prosesi yubatmamalıdır. Azərbaycanın şərtləri artıq təkcə Ermənistan deyil, ABŞ tərəfindən də qəbul edilib. Bu, sülh istiqamətində yeni mərhələnin başlanğıcıdır. Sülh sazişinin imzalanması hər iki dövlətin və ümumilikdə regionun maraqlarına uyğundur”, – siyasi şərhçi vurğulayıb.

O, bildirib ki, Ermənistan gələcək risklərdən sığortalanmaq üçün Azərbaycanla əldə olunacaq sazişin tələblərini yerinə yetirmək istiqamətində təcili və konkret addımlar atmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*