Ərzurumda bədbəxt hadisə nəticəsində 3 nəfər öldübackend

Ərzurumda bədbəxt hadisə nəticəsində 3 nəfər öldü

Türkiyənin Ərzurum vilayətinin Oltu bölgəsindəki karxanada qayanın uçması nəticəsində 3 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, faciə səhər qara kəhrəba hasil olunduğu ərazidə baş verib.

Hadisə yerinə xilasetmə, yanğınsöndürən, jandarma və həkim qrupları gəlib.

Məlumata görə, həlak olan iki nəfərin cəsədi yer altından çıxarılıb. Daha bir fəhlə ağır yaralı halda çıxarılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*