Əsgər maaşı da bank kartı ilə veriləcəkbackend

Əsgər maaşı da bank kartı ilə veriləcək

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.

Qeyd olunub ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*