Əsgərliyə getməyə hazırlaşanların NƏZƏRİNƏ: Maaşınızı bu cür alacaqsınızbackend

Əsgərliyə getməyə hazırlaşanların NƏZƏRİNƏ: Maaşınızı bu cür alacaqsınız

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. Maraqlıdır, əsgər kartı hesabında olan vəsaitlər üzərindən hərbi hissə və ya bank tərəfindən hər hansı komissiya tutula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələnin hüquqi və praktik tərəfi əsasən ödənişin həyata keçiriləcəyi bankla bağlanmış hesab müqaviləsinin şərtlərindən asılıdır.

Krediti geri ödəyə bilmirik: NİYƏ?

Həsənov qeyd edib ki, ümumiyyətlə dövlət qurumlarında əməkhaqqı ödənişi zamanı işçilərin kartlarından vəsait çıxarılarkən komissiya tutulması praktik olaraq qəbul edilməməlidir:

“Bir qayda olaraq, dövlət qurumlarında belə əmək haqqı verilən pulu çıxararkən komissiya tutulmur, bankın komissiyasını dövlət özü ödəyir”.

Ekspert həmçinin vurğulayıb ki, işəgötürən və ya hərbi hissənin işçilərə hansı bankın kartından istifadə etməyi məcburi şəkildə diktə etməsi prinsip etibarilə qanunsuzdur:

“Əmək haqqı kartını işəgötürən özü müəyyən edə bilməz. Hər kəs, o cümlədən əsgər hansı bankın kartı ilə vəsaitini almaq istədiyini özü seçməlidir. Bu praktika özü məntiqi deyil və qanunla ziddiyyət yarada bilər.”

Həsənov praktiki tövsiyə olaraq əsgərlərə və onların ailələrinə hesab açılacaq bankın müqavilə şərtlərini diqqətlə oxumağı, komissiya ödənişləri, nağdlaşdırma limitləri və digər xidmət haqları barədə öncədən məlumat almağı məsləhət görüb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*