Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIRbackend

Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.

KONKRET.az xəbər verir ki, sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama

Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*