Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Vətən müharibəsində əsir düşərək yaralandığı iddia edilən İlkin adlı şəxsin videogörüntüləri yayılıb. Videoda həmin şəxsin müalicəyə ehtiyacının olması bildirilir və onun Şəmkir rayonundan olduğu vurğulanır.

KONKRET.az xəbər verir ki, sözügedən məsələylə bağlı qafqazinfo kiçik araşdırma aparıb. Məlum oldu ki, həmin şəxs Hüseynov İlkin Məhərrəm oğludur. 1995- ci il təvəllüdlü İ. Hüseynov Şəmkir rayonu Zəyəm qəsəbəsi sakinidir. Vətən müharibəsinə könüllü şəkildə qatılıb, ancaq əsir düşməyib.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi və qəsəbənin bələdiyyə sədri Süleyman Tağıyev də bildirib ki, İlkin Hüseynov qazi kimi rəsmi olaraq qeydiyyatda deyil. Eyni zamanda, müharibə zamanı əsir də düşməyib.

S. Tağıyev qeyd edib ki, rayondan müharibə zamanı yalnız bir əsir olub: “O da Dəllərcırdaxan kəndindən idi. Müharibədən sonra həmin əsir geri qaytarılıb. İlkin Hüseynov isə müharibəyə könüllü gedib. Müharibədən qayıtdıqdan sonra da onun ailəsinə dəfələrlə özüm baş çəkmişəm. Hətta Gəncəyə xəstəxanaya da aparmışam. Problemləri ilə daimi maraqlanırıq. Hazırda da dövlətin xəttiylə Maştağada müalicə alır”.

İ.Hüseynovun anası Xatirə Hüseynova da saytımıza açıqlamasında bu faktı təsdiqləyib: “Oğlum Maştağada 1 nömrəli Psixiatriya xəstəxanasında iki həftədir müalicə alır. Burada onu yaxşı müalicə edirlər. Bundan əvvəl Şəmkirdə xəstəxanada müalicə olurdu. Müharibədə qorxub, ona görə də psixoloji problemləri yaranıb. Ancaq yaralı qazi deyil və əsirlikdə də olmayıb.

Əsəb sistemində yaranan pozğunluğa görə komaya düşür. Xəstəxanada olduğu müddətdə dünən bir dəfə komaya düşüb. İlkin müharibə başlayandan cəbhəyə gedib və bitəndən sonra geri qayıdıb. Laçında olub. Oğlumun 26 yaşı var, ailəsindən boşanıb, 1 övladı var. Mənimlə qalır. Mən də işləmirəm, həyat yoldaşımdan ayrılmışam. Maddi imkanımız aşağıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*