Ət idxalına qoyulan məhdudiyyət qiymətə necə təsir edəcək? – VİDEObackend

Ət idxalına qoyulan məhdudiyyət qiymətə necə təsir edəcək? - VİDEO

Azərbaycana bir neçə ölkədən ətin idxalına məhdudiyyət qoyulub.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, siyahıda bu dəfə Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarının adı var. İdxala məhdudiyyət adı çəkilən ölkələrin müxtəlif regionlarında heyvanlar arasında dabaq, blutanq, nodulyar dermatit, yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlıdır.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev qeyd edib ki, ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilir.

Əlbəttə, bu sırada digər ölkələr də yer alır.

Qalib Əbdüləliyev sahbibkarları ət və ət məhsullarının  idxalı zamanı həmin ölkələrin epizodik durumu ilə bağlı məlumatlı olmağa çağırıb.

Xaricdən gətirilən ət daha çox kolbasa, sosis, konserv və “fast food” yeməklərin, yarımfabrikatların istehsalı ilə məşğul olan müəssisələr tərəfindən alınır.

Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*