Ət satışı mağazasında monitorinq keçirildi – FOTOLARbackend

Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

KONKRET.az xəbər verir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 22 oktyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb

Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.

  • Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR
  • Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR
  • Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR
  • Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR
  • Ət satışı mağazasında monitorinq keçirildi - FOTOLAR

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*