Etiraz aksiyalarının İrana vurduğu ZƏRƏR – Məbləğ açıqlandıbackend

Etiraz aksiyalarının İrana vurduğu ZƏRƏR - Məbləğ açıqlandı

Təxmini hesablamalara görə, İranda sentyabrın 18-dən başlayan etiraz aksiyaları nəticəsində dövlət və özəl müəssisələrə, avtomobillərə və mənzillərə 17 trilyon rial (təxminən 405 milyon dollar) ziyan dəyib.

KONKRET.az xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi bildirib.

O bildirib ki, aksiyalar zamanı mağazalar və restoranlar ya talan edilib, ya da yandırılıb. Mirəhmədi əlavə edib ki, hesablamalar Sistan və Bəlucistan istisna olmaqla, bütün əyalətlərdə aparılıb. Bu vilayətin Zahidan şəhərinə dəyən ziyan son dərəcə böyük olduğundan, daha sonra hesablanacaq.

Nazir müavini bildirib ki, sərhəd gömrükxanasından daxil olan məlumata görə, son hadisələr ölkənin ticarət dövriyyəsinə mənfi təsir göstərib. Dövlət müəssisələrində dövriyyənin azalması ilə bağlı qiymətləndirmə aparılır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*