Fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜbackend

Fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Bakı şəhəri Qaradağ rayonunda su xətti çəkən fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.

Belə ki, noyabrın 16-sı saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarımstansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Tahir Məmmədov düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*