Fəzail Ağamalı istefa verib, görüntülər var – Elçin Ağamalıbackend

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında gərgin anlar yaşanıb. Partiya sədri Fəzail Ağamalı qurultayda baş verən davada namizəd oğlu Elçin Ağamalını ittiham edib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf-a danışan Elçin Ağamalı onun əlində Fəzail Ağamalının partiya sədrliyindən istefa verməsi ilə bağlı görüntülərin olduğunu bildirib.

“Eyni zamanda, mənim partiya sədrliyinə seçilməyimlə bağlı da videogörüntülər mövcuddur. Partiyada 25 illik fəaliyyətim var. Partiya nədir, reqlament nədir, bilirəm. Bütün qayda-qanunlara əməl etmişəm. Qurultayda mənim namizədliyimi irəli sürən, bunu müdafiə edən şəxslərin çıxışına imkan verilməyib. Zalın mənə böyük dəstəyini görən qarşı iclası saxladı, qurultayı təxirə saldı. Məni sədr kimi görmək istəyənlər içə zalı tərk etmədi, məsələni sonluqla yekunlaşdırıblar”, – E.Ağamalı əlavə edib.

Elçin Ağamalının sözlərinə görə, Fəzail Ağamalı qızı Günay Ağamalını partiya sədrliyinə namizəd irəli sürmüşdü:

“Ondan başda daha üç namizəd oldu. Ümumilikdə sədrliyə iddialı 4 namizəd var idi. Fəzail Ağamlı dəfələrlə mənə deyib ki, səni partiyada görmək istəmirəm. Mən də dedim ki, buna qurultayda görəcəyik. 155 nümayəndədən 100-dən artığı mənə səs verib”.

“Biz iki qardaş, bir bacıyıq. Mən baş aça bilmirəm ki, bu konfliktin səbəbi nədir. Fikrim də o idi ki, sədr seçiləndə Günay Ağamalını özümə müavin təyin edəcəm. Niyə mənə mane olurlar? Vaxtilə parlament seçkilərində Ana Vətən Partiyasından məni deputat kimi görmək istəyən çox idi. O zaman bacımın namizədliyi irəli sürüldüyü üçün, mən bu təşəbbüslə çıxış etmədim. Amma bacımın namizədliyini, daha sonra deputat seçilməsini xoş qarşıladım.

Ondan sonra da mənə qarşı xoşagəlməz addımlar atıldı. Partiyaya giriş-çıxışım məhdudlaşdırıldı, otağım əlimdən alındı. Son bir ildə isə məni partiya işindən kənarlaşdırdılar. Bunların da səbəbinin kökündə nə dayanır, bilmirəm. Fəzail müəllimə sual vermək lazımdır ki, Elçinlə konfliktin kökündə nə dayanır”, – E.Ağamalı vurğulayıb.

  • Ruslan
    Oktyabr 30, 2025 - 08:30

    Can ay elçin.bu konflikt deyil sadəcə Fəzail gözəl bilir ki,savadı siyasəti 5 kuruşa dəyməyən indi yuxarı başda olur.adamın gərək arxası olsun yada baboşu..
    Fəzail partiya daşlarına nə edib bilmirəm şəxsən mən fəzailin deputat kimi seçildiyi dairədə nə seçicilərlə görüşündən nə də bir dəfə sifətini görmədim.bir dəfə salyana qar yağanda salyan iflic olmuşdu MM zəng vurdun Fəzail müəllimin köməkçisinin nömrəsini əldə etdim.soruçdum ki,bir maraqlanıbmı ki,salyanda vəziyyət necədir?texnikalar niyə yoxdu?Cavab isə çox satirik oldu.BUNA FƏZAİL NEYNƏSİN GƏLİB SƏNƏ ƏLİNDƏ LAPATQA QAR TƏMİZLƏSİN?
    Yox əzizim deputat qar təmizləməli deyil amma bu vəziyyətdən sonra MMdə sakit oturmamalı idi rayon 2 saat ərzində niyə iflic olmasının səbəbini və ya səbəbkarlarını ifşa etməli idi. Amma həmin vaxt Fəzail gözəl bilirdi ki salyanda olar olmaz tək-tük texnika bəlli damlar küçələrini parniklərini və yaxud digər təsərrüfatlarını ciddi tapşırıq əsasında təxirəsalınmaz və operativ iş aparırlar .

Ruslan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*