FIFA “Qarabağ”ın rəqibinə transfer qadağası qoydubackend

FIFA "Qarabağ"ın rəqibinə transfer qadağası qoydu

FIFA “Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi olan Fransa “Marsel”ini cəzalandırıb.

KONKRET.az xəbər verir ki, klub qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Liqa 1 təmsilçisi Pape Gueye transferindəki qayda pozuntusuna görə cəzaya məruz qalıb. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə “Uotford”undan “Marsel”ə keçib.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*