Filippində “Ursula” tayfununun törətdiyi fəsadlar üzündən ölənlərin sayı 41 nəfərə çatıb.
KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı 28 nəfər xəsarət alıb, 12 nəfər isə itkin düşüb.
Xatırladaq ki, dekabrın 24-də Filippinə çatan “Ursula” tayfunu ölkənin orta bölgəsindəki bir sıra əyalətdə leysan yağışları və fırtınaya səbəb olub. İki mindən çox yaşayış evinə və 55 məktəb binasına ziyan dəyib, 150 şəhərdə elektrik təchizatı kəsilib. Ölkənin 44 minədək sakini təxliyyə edilib.