Finladiyada yeni metod – Yeni il yolkaları göllərdə batırılırbackend

Finladiyada yeni metod - Yeni il yolkaları göllərdə batırılır

Finlandiya Ətraf Mühit İnstitutunun alimləri yeni il  bayramından sonra küknar ağaclarını məhv etmək üçün qeyri-adi və ekoloji cəhətdən təmiz üsul işləyib hazırlayıblar.

KONKRET.az “Yle” xəbər agentliyimə istinadən xəbər verir ki, finlandiyalı alimlərin araşdırmasına görə, ağacların suda batırılması göllərdə biomüxtəlifliyi yaxşılaşdırır. Alimlər su ekosistemlərinə təsirlərini yoxlamaq üçün Lappeenranta şəhəri yaxınlığındakı Saimaa gölündə 1500-ə yaxın küknar ağacını suyun dibinə atıblar. Hər altı-səkkiz ağac möhkəm bağlanaraq, təxminən iki metr dərinliyə batırılıb. Təcrübə göstərib ki, su altında qalan küknarlar su anbarları üçün əlverişli şərait yaradır. Balıq və digər orqanizmlər üçün qida mənbəyinə çevrilən ağacların ətrafında mikrob və göbələk florası inkişaf edir. Alimlər deyirlər ki, Milad ağacları təbii karbon yuvası rolunu oynayır, yüzlərlə il su altında qalır və atmosferdəki karbon qazının səviyyəsini azaltmağa kömək edir. Hidrobioloq Karri-Matti Vuori qeyd edib  ki, küknarların su altında qaldığı yerlərdə biomüxtəliflik 5 dəfə, sualtı orqanizmlərin sayı isə on dəfə artıb ki, bu da balıqların sayına müsbət təsir edib. Finlandiyalı alimlərin metodu artıq Kanada tədqiqatçılarını maraqlandırıb, onlar bu təcrübədən su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq və ekosistemləri gücləndirmək üçün istifadə imkanlarını müzakirə edirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*